Ru
19:09 / 22 İyul 2026

Almaniya kansleri Paşinyana çağırış etdi

Almaniya kansleri Paşinyana çağırış etdi
Eye

Almaniya kansleri Fridrix Merz Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb, tərəflər Ukrayna və Yaxın Şərqdəki vəziyyəti, eləcə də Ermənistanla Azərbaycan arasındakı sülh prosesini müzakirə ediblər.


"Bakupost" xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin sözçüsü Ştefan Kornelius deyib.

O, liderlərin Yaxın Şərqdəki mövcud vəziyyət, Ukraynadakı münaqişə və onların Cənubi Qafqaza təsiri barədə fikir mübadiləsi apardıqlarını qeyd edib:

"Almaniya kansleri Ermənistanla Azərbaycan arasında sülh prosesində əlavə addımlar atılmasına çağırış edib və bunun regional sabitlik üçün əhəmiyyətini vurğulayıb.

Bu baxımdan rəsmilər həm ikitərəfli münasibətləri, həm də Ermənistanın AB ilə əlaqələrini genişləndirmək imkanlarını qeyd ediblər".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar