ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzi İranla bağlı mövqeyinə görə tənqid edib.
Bakupost.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social”da yazıb.
"Almaniya kansleri Fridrix Merz İranın nüvə silahına sahib olmasının məqbul olduğunu düşünür. O, nədən danışdığını bilmir!
Əgər İranın nüvə silahı olsaydı, bütün dünya girov götürülərdi. Mən indi İrana qarşı digər ölkələrin və ya prezidentlərin çoxdan etməli olduğu tədbirləri görürəm", - deyə Tramp bildirib.
"Almaniyanın iqtisadi və digər cəhətlərdən bu qədər pis vəziyyətdə olması təəccüblü deyil!" - deyə Ağ Ev rəhbəri qeyd edib.