Ru
15:44 / 20 İyun 2026

Almaniyada iki yük qatarı toqquşdu: Ölən var - FOTO

Almaniyada iki yük qatarı toqquşdu: Ölən var - FOTO
Eye

İyunun 20-nə keçən gecə Münhendəki (Almaniya) dəmir yolu körpüsündə iki yük qatarının toqquşması nəticəsində iki vaqon təxminən beş metr hündürlükdən küçəyə düşüb.


Bakupost.az xəbər verir ki, bu barədə "Die Zeit" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində bir nəfər həyatını itirib.

Yerli polisin verdiyi məlumata görə, körpüdən düşən vaqonların içi boş olub.

"İki qatarın toqquşaraq körpüdən düşməsi ağlasığmazdır", - deyə yanğından mühafizə xidmətinin nümayəndəsi bildirib.

Hazırda ərazidə vaqonların təxliyəsi işləri həyata keçirilir, mütəxəssislər hadisənin başvermə səbəblərini araşdırır və dəyən ziyanın miqdarını müəyyənləşdirirlər.

İnsidentin yalnız yük qatarlarının hərəkət etdiyi xətdə baş verməsi səbəbindən, regional və şəhərlərarası qatarların hərəkət qrafikində hər hansı gecikmə, fasilə gözlənilmir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar