Ru
21:41 / 12 İyul 2026

Almaniyada insident: azərbaycanlıya görə helikopter qaldırıldı

Almaniyada insident:  azərbaycanlıya görə helikopter qaldırıldı
Eye

2026-cı il iyul ayının 8-də, saat 22:00 radələrində Bavariyanın Ergolding qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın olub.

Bakupost.az xəbər verir ki, üzünü bağlayan şəxs içəri daxil olaraq, bıçaqla kassiri hədələyib və pul tələb edib. Pulu götürdükdən sonra hadisə yerindən qaçıb.

Polis dərhal genişmiqyaslı axtarış əməliyyatına başlayıb və bu əməliyyata polis helikopteri də cəlb olunub. Gecə saatlarında 24 yaşlı şübhəli saxlanılıb. Landşut Prokurorluğunun vəsatəti əsasında məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və o, istintaq təcridxanasına göndərilib.

Bavariya Polisinin rəsmi məlumatında şübhəlinin vətəndaşlığı göstərilmir.

Bununla belə, Almaniyanın yerli xəbər portalı “Presse Augsburg” həmin hadisə ilə bağlı dərc etdiyi xəbərdə saxlanılan şəxsi “24 yaşlı azərbaycanlı” kimi təqdim edib.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar