Ru
14:06 / 05 İyun 2026

Müşfiqin ev muzeyinə aparan körpü uçdu: Ziyarətçilər çətin anlar yaşadı - VİDEO

Müşfiqin ev muzeyinə aparan körpü uçdu: Ziyarətçilər çətin anlar yaşadı  - VİDEO
Eye

Bu gün unudulmaz Azərbaycan şairi Mikayıl Müşfiqin doğum günüdür.

Bakupost.az xəbər verir ki, bu məqsədlə yüzlərlə yerli və xarici turist ölməz şairin Xaçmaz rayonunda yerləşən ev muzeyini ziyarət etmək istəyir. Amma onların çoxu bu istəyinə nail ola bilməyib. Çünki muzeyə gedən yolda çayın üstündəki körpünü sel aparıb, yol isə demək olar ki, yoxa çıxıb.

Turistlərdən biri Almaniyadan gəldiyini bildirərək narazılığını belə ifadə edib:

“Şübhəsiz ki, Azərbaycanın ən istedadlı şairlərindən biri, gənc yaşında repressiya qurbanı olmuş böyük bir şəxsiyyətə bu cür münasibət yolverilməzdir. Mən Almaniyadan gəlmişəm və planlarımdan biri bu ev muzeyini ziyarət etmək idi. Amma burada nə körpü var, nə də yol, hər şeyi sel aparıb”.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar