Ru
14:35 / 25 Avqust 2025

Altı ay əvvəl qəzada xəsarət alan yeniyetmə öldü

Altı ay əvvəl qəzada xəsarət alan yeniyetmə öldü
Eye

Biləsuvar rayonunda martın 1-də avtomobil qəzasına düşən yeniyetmə vəfat edib.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, o müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib.

Qeyd edək ki, hadisə martın -1 Biləsuvar- Bəhramtəpə avtomobil yolunun rayonun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınmışdı.

2008-ci il təvəllüdlü E.Muradlı atasına məxsus olan "Niva" markalı avtomobili idarə edərkən idarəertməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıqlandırma dirəyinə çırpıldıqdan sonra aşıb.

Hadisə nəticəsində sürücü və sərnişin 2011-ci il təvəllüdlü Tunar Əlizadə xəsarət alaraq, rayon xəstəxanasına çatdırılıb.

Yaralılara zəruri ilkin tibbi yardım göstərilib və sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Lakin qapallı kəllə beyin travması alan Tunar Əlizadə daha sonra ixtisaslaşmış xəstaxanalardan birinə yola salınmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar