İyulun 30-da paytaxtın Xətai rayonunda yerləşən "Amay" Ticarət Mərkəzinin dayanacaq hissəsində "Seaside estate" şirkətinin rəhbəri 1991-ci il təvəllüdlü Orxan Yusubov qətlə yetirilib.
"Bakupost" xəbər verir ki, mərhumun qardaşı Elcan Yusubov "Unikal"a verdiyi məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Sabir Camalov onun qardaşının keçmiş işçisi olub. Aralarında narazılıq yaranandan sonra onlar ayrılıblar və təqsirləndirilən şəxs özünə "Sabir Əmlak" adlı şirkətini qurub.
Qətlə yetirilən şirkət rəhbərinin fotolarını təqdim edirik: