Ru
17:25 / 10 Noyabr 2025

Amerikalı və ingilis cərrahlar uzaqdan beyin əməliyyatı apardı – Dünyada ilk

Amerikalı və ingilis cərrahlar uzaqdan beyin əməliyyatı apardı – Dünyada ilk
Eye

İngiltərə və ABŞ‑lı cərrahlar dünyada ilk dəfə uzaqdan idarə olunan beyin əməliyyatını həyata keçiriblər. Sotlandiyanın Dundi şəhərindən doktor Iris yüzlərlə kilometr aralından trombektomi (beyindəki qan laxtasının çıxarılması) əməliyyatını icra edib. ABŞ-li cərrah Rikardo Hanel Floridadan robotik cihaz vasitəsilə əməliyyata qoşulub.

Bakupost.az xəbər verir ki, əməliyyat Litvanın Sentante” şirkətinin robot sistemi ilə həyata keçirilib. Bu sistem xəstənin yanındakı robotla uzaqda olan cərrahın hərəkətlərini sinxron şəkildə təkrarlamağa imkan verir. Şirkət bu texnologiyanın uzaq bölgələrdə trombektomi xidmətlərinin əlçatanlığını artıraraq xəstələrin sağlamlığına müsbət təsir edəcəyini bildirib.

Qrunvald əməliyyatın “klassik real toxunma hissi verdiyini” qeyd edib, Dr. Hanel isə ABŞ-dən Şotlandiyaya 120 millisaniyə gecikmə ilə əməliyyatın mümkün olmasını diqqətəlayiq sayıb.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar