Ru
10:21 / 04 Mart 2026

Amili fəallaşıb – Ərdəbilin imamı anti-Azərbaycan mövqeyi ilə seçilir

Amili fəallaşıb – Ərdəbilin imamı anti-Azərbaycan mövqeyi ilə seçilir
Eye

Dünən axşam saatlarında İran Ekspertlər Şurası ali dini rəhbəri postuna Əli Xameneinin oğlu 56 yaşlı Müctəba Xameneini seçib. Bu qərar ətrafında müzakirələr davam etdiyi bir vaxtda sərt mövqeyi ilə seçilən ruhani namizədlərdən biri kimi Ayətullah Seyid Həsən Amilinin adı gündəmə gəlibmiş.

Bakupost.az xəbər verir ki, bu barədə “Diary of an Iranian Journalist” adlı “Telegram” hesabı yazıb.

Mənbənin iddiasına görə, Seyid Həsən Amili – Ərdəbilin cümə imamı, İranın ali dini rəhbəri Əli Seyid Xameneinin nümayəndəsi və Ekspertlər Məclisinin üzvü – İslam İnqilabının yeni rəhbəri postuna namizədlərdən biri hesab olunurdu. Bildirilir ki, onun seçilmə ehtimalı yüksək qiymətləndirilirdi.

Həmin “Telegram” hesabında qeyd olunur ki, Amili daha əvvəl İranın nüvə silahına sahib olmasının vacibliyini vurğulayanlardan biri idi. O, çıxışlarının birində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin zəruriliyini qabardaraq, nüvə imkanlarının inkişaf etdirilməsini gündəmə gətirib.

Seyid Həsən Amili Azərbaycana münasibətdə sərt mövqeyi ilə tanınır. O, çıxışlarında dəfələrlə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qonşu ölkələrə, o cümlədən Azərbaycana və Türkiyəyə qarşı güc nümayiş etdirməli olduğunu səsləndirib. Bununla yanaşı, Amili Azərbaycanın İsraillə münasibətlərini də kəskin tənqid edib.

Qeyd edək ki, İranın ali dini rəhbəri ölkənin siyasi və hərbi sistemində ən yüksək səlahiyyətlərə malik fiqur hesab olunur.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar