Ru
20:08 / 21 Avqust 2025

Amurda məscidi yandırdılar

Amurda məscidi yandırdılar
Eye

Avqustun 21-də axşam saatlarında Blaqoveşensk şəhərinin (Amur vilayəti) Sovetskaya küçəsində naməlum şəxs məscidi yandırıb.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, bir nəfər gənc oğlan məscidin qapısı ağzına naməlum bir əşya atıb və bunda sonra yanğın başlayıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub və yanğın artıq söndürülüb.

Yerli hakimiyyət orqanları insidentlə bağlı rəsmi məlumat verməyiblər.

Telegram kanalının verdiyi məlumata görə, yanğın təxminən 10 kvadratmetr ərazini əhatə edib.

Yanğın nəticəsində məscidin girişində yerləşən xalça və şəxsi əşyalar yanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar