Ru
12:36 / 26 May 2026

Ana və uşaq ölümü artıb - Komitə sədri

Ana və uşaq ölümü artıb -  Komitə sədri
Eye

Azərbaycanda doğulan qız və oğlan uşaqları arasındakı fərq azalsa da, ana və uşaq ölümü göstəriciləri artıb.

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, hazırda cinsi nisbət hər 100 qıza 113 oğlan təşkil edir. Halbuki bioloji norma hər 100 qıza 105-107 oğlandır.

Komitə sədri qeyd edib ki, bu sahədə Komitə və digər müvafiq qurumlar maarifləndirmə işləri aparsalar da, fəaliyyət daha da gücləndirilməlidir.

Hicran Hüseynovanın sözlərinə görə, ana və uşaq ölümü göstəricilərində artım müşahidə olunur:

“Əgər 2020-ci ildə hər 100 min nəfər diri doğulana 15,8 ana ölümü düşürdüsə, 2025-ci ildə bu göstərici 27,1 olub. Hər 1000 nəfər diri doğulan uşaqlar arasında 1 yaşadək ölən uşaqların sayı isə 2020-ci ildə 9,8, 2025-ci ildə isə 13,7 təşkil edib”.

“Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinə ehtiyac var:

Komitə sədri əlavə edib ki, qızların təhsil alması, peşəyə yiyələnməsi və məşğulluğu üçün sosial proqramlar genişləndirilməlidir.

Onun sözlərinə görə, gender bərabərliyi mədəniyyətinin təbliği gücləndirilməli, vətəndaş cəmiyyəti və media bu sahədə daha fəal iştirak etməlidir.

Hicran Hüseynova qeyd edib ki, televiziya kanallarında gender bərabərliyi ilə bağlı proqramlar yayımlansa da, bu sahədə ixtisaslaşmış ekspertlər, hüquqşünaslar, vəkillər, sosioloq və psixoloqların iştirakı ilə daha çox veriliş hazırlanmasına ehtiyac var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar