Çexiyanın Kinşperk-nad-Oqrzhi şəhərində ana yeni doğulmuş körpəsini itlərə yedizdirib.
Bakupost.az Publika.az-a istinadla xəbər verir ki, barədə yerli "Krimi-Plzen" nəşri məlumat yayıb.
35 yaşlı qadının qayınanası evin arxa həyətində körpənin qanlı bədən üzvləri olan polietilen torbalar tapıb. Yeni doğulmuş körpənin bədəninin qalan hissəsi hələ də tapılmayıb və hüquq-mühafizə orqanları onun itlərə yedizdirildiyini ehtimal edirlər.
Anaya qarşı xüsusilə ağır cinayət törətmək ittihamı irəli sürülüb və o, həbs edilib. Qonşular qadının hamiləliyinin son dövründə olduğunu, lakin sonradan qarnının "qəfil yox olduğunu" təsdiqləyiblər. Günahı sübuta yetirilərsə, qadını 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyir.