Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir.
"Bakupost" Nocomment.az-a istinadla xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 3 saylı Şəhər Xəstəxanasının Poliklinika şöbəsində yeni təyinat baş tutub.
Əmrə əsasən, Elçin Zeynalov Sumqayıt Şəhər 3 saylı Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə müdir təyin olunub.