Ru
18:27 / 14 May 2026

Ankarada keçirilən beynəlxalq konfransda ölkəmizin bu sahədə təcrübəsi təqdim olundu

Ankarada keçirilən beynəlxalq konfransda ölkəmizin bu sahədə təcrübəsi təqdim olundu
Eye

Türkiyənin Ankara şəhərində “Gələcəyi birlikdə formalaşdırırıq: hamı üçün dayanıqlı əməyin təhlükəsizliyi və sağlamlığı” mövzusunda 10-cu Beynəlxalq Əməyin Təhlükəsizliyi və Sağlamlığı Konfransı keçirilib.

Bakupost.az xəbər verir ki, konfransda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev tədbir çərçivəsində təşkil olunan “Beynəlxalq yanaşmalar və ölkə təcrübələri” adlı panel müzakirəsində ölkəmizin əməyin mühafizəsi sahəsində təcrübəsi barədə məlumat verib.

O, Azərbaycanda əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində görülən işləri, bu istiqamətdə aparılan islahatları, əmək münasibətləri sahəsində rəqəmsal həllərin geniş tətbiq edildiyini, preventiv yanaşmaları diqqətə çatdırıb. Əməyin mühafizəsi sahəsində əsas məqsədin işçilərin həyat və sağlamlığının qorunması, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, eləcə də gələcəyin çağırışlarına uyğun çevik və qabaqlayıcı əməyin mühafizəsi sisteminin formalaşdırılması olduğunu vurğulayıb.

Vəli Quliyev çıxışında “Əmək və Məşğulluq” altsisteminin imkanları, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, “DOST Müfəttiş” və “Nümunəvi müəssisə” layihələri, Azərbaycanın Beynəlxalq Əmək Təşkilatı ilə uğurlu əməkdaşlığı barədə məlumat verib. Rəqəmsallaşma, süni intellekt, yaşıl iqtisadiyyata keçid və “Vision Zero” yanaşmasının əməyin mühafizəsi sahəsində əhəmiyyəti vurğulanıb.

İki gün davam edən konfrans çərçivəsində əməyin təhlükəsizliyi və sağlamlığının gələcəyi, insan mərkəzli yanaşmalar, beynəlxalq təcrübələr və qabaqcıl tətbiqlərlə bağlı müxtəlif panel və sessiyalar təşkil olunub. Konfransda müxtəlif ölkələrin dövlət qurumlarının, beynəlxalq təşkilatların və sosial tərəfdaşların nümayəndələri iştirak ediblər.
Konfransdan sonra Vəli Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Rəhbərlik və Təftiş İdarəsinin sədri Erol Güner və Əməyin Təhlükəsizliyi və Sağlamlığı Baş İdarəsinin rəis müavini Eylül Aydın Kutlu ilə görüşüb. Görüşlərdə əmək müfəttişliyi və əməyin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar