Ru
15:45 / 01 İyun 2026

Ankaraya Rusiya, Çin və İranla ittifaq təklifi: Türkiyə buna gedərmi?

Ankaraya Rusiya, Çin və İranla ittifaq təklifi: Türkiyə buna gedərmi?
Eye

Türkiyədə bəzi siyasi dairələr ölkənin hazırda tutduğu kursun dəyişdirilməsini istəyir.

Türkiyənin müxalif “Vətən” partiyasının sədri Doğu Perinçek hesab edir ki, Ankara NATO-nu cilovlamaq və yeni müharibənin qarşısını almaq üçün Rusiya, Çin və İranla ittifaq yaratmalıdır.

Perinçekin sözlərinə görə, Şərqi Aralıq dənizindən Egey dənizinə, Kiprdən Trakyaya qədər hər yerdə ABŞ, İsrail və Yunanıstandan Türkiyəyə silahlar tuşlanıb.

Bu əsasda da partiya sədri bildirir ki, Türkiyə müharibənin qarşısını almaq üçün həll yolu tapmalıdır. Onun fikrincə, həmin həll yolu isə Aralıq dənizində ABŞ dəniz qüvvələrini tarazlaşdıra biləcək ittifaqın qurulmasından keçir.

Buna isə Perinçekə görə, yalnız Rusiya, Çin və İranın köməyi ilə nail olmaq mümkündür.

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Bakupost.az-a bildirib ki, sözügedən təklif perspektivi olmayan bir təklifdir:

“Hazırda Türkiyə bütövlükdə türk dünyasına yönəlir. Ankara Türk dünyasının güclənməsi, qüvvətlənməsinə diqqətini artırıb ki, bu da düzgün mövqedir”.

Həmsöhbətimiz hesab edir ki, nə Rusiya, nə də Çinə etibar etmək olmaz:

“Etibar edilməyən, arxayın olmadığımız ölkələrlə necə bir ittifaqda olmaq olar? Çin və Rusiya hazırda bir-birilə əməkdaşlıq etməklə yanaşı, həm də rəqabətdədirlər. Məsələyə bu fonda yanaşdıqda da görərik ki, sözügedən birlik alınmayacaq. Həmin birlik formal cəhətədn baş tutsa da, real gücə, qüvvəyə malik olmayacaq. Türk dünyasının genişlənməsi, vahid qüvvə kimi çıxış etmələri daha mümkündür, nəinki Ankaranın Çin, Rusiya və İranla ittifaqda olması”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar