Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub.
"Bakupost" Nocomment.az-a istinadən xəbər verir ki, Anna Elyaşina satınalmalar üzrə sektor müdiri təyin edilib.
O, daha əvvəl nazirlikdə məsləhətçi işləyib. 2023-2024-cü illərdə Gənclər və İdman Nazirliyi, 2022-2023-cü illərdə "Daşkəsən Dəmir Filiz" MMC-də, 2021–2022-ci illərdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb