Ru
13:21 / 26 May 2026

Apellyasiya müraciətləri ödənişli qaydada həyata keçiriləcək? - RƏSMİ

Apellyasiya müraciətləri ödənişli qaydada həyata keçiriləcək?  - RƏSMİ
Eye

Beynəlxalq imtahan təcrübəsində apellyasiya müraciətləri zamanı müəyyən məbləğdə depozitin ödənilməsi qaydası tətbiq olunur. Adətən, müraciət təmin edildiyi halda həmin məbləğ geri qaytarılır, təmin olunmadıqda isə depozit saxlanılır. Ötən il Dövlət İmtahan Mərkəzi (DİM) də bu yanaşma ilə bağlı Tarif Şurasına təklif verilə biləcəyini bildirmişdi.

Bakupost.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı cari ildən apellyasiya müraciətlərinin ödənişli olub-olmayacağını öyrənmək üçün Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, hazırda bu istiqamətdə hər hansı dəyişiklik yoxdur.

“Bütün imtahanların nəticələri ilə bağlı apellyasiya müraciətləri hazırda ödənişsiz qaydada həyata keçirilir”, - deyə rəsmi məlumatda qeyd olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar