Ru
14:51 / 09 Sentyabr 2026

“Apple” bu gün səhnəyə çıxır

“Apple” bu gün  səhnəyə çıxır
Eye

“Apple” bu gün yeni nəsil “iPhone” modellərini təqdim edəcək. Tədbirdə ilk qatlanan “iPhone” modelinin nümayiş etdiriləcəyi gözlənilir.

“Bakupost” xəbər verir ki, “iPhone 18” seriyasının qiymətlərinin əvvəlki modellərlə müqayisədə daha yüksək olacağı ehtimal edilir. Buna səbəb qlobal yaddaş çipi çatışmazlığının telefonların istehsal xərclərinə təsir göstərməsidir.

“Apple”ın qatlanan telefon bazarına necə daxil olacağı da təqdimatın əsas gözləntiləri arasındadır. Şirkətin yeni texnologiyanı daha gec təqdim etməsinin səbəbi kimi texniki problemlərin həllini və bazarın yetərincə formalaşmasını gözləməsi göstərilir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar