Ru
12:23 / 13 Oktyabr 2026

8 min manatlıq “iPhone” gözləntiləri qarşılamadı

8 min manatlıq “iPhone” gözləntiləri qarşılamadı
Eye

“Nothing” şirkətinin baş direktoru Karl Pey “Apple”ın 1 999 dollarlıq qatlanan telefonu “iPhone Duo”nu yüksək qiymətinə baxmayaraq vacib xüsusiyyətlərin çatışmazlığına görə tənqid edib.

“Bakupost” xəbər verir ki, Pey cihazda “Face ID”, telefoto kamera və daha müasir ön kameranın olmamasını əsas çatışmazlıqlar kimi göstərib. Telefonda 12 meqapiksellik ön kamera var, həmçinin “LiDAR” skaneri və peşəkar çəkiliş üçün bəzi əl ilə idarəetmə funksiyaları mövcud deyil.

Məlumata görə, “iPhone Duo” Türkiyədə oktyabrın 16-da ilkin sifarişə çıxarılacaq. Başlanğıc qiyməti 7920 Azərbaycan manatıdır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar