“Apple” səhmlərinin bahalaşması və “Nvidia” səhmlərinin ucuzlaşması nəticəsində bazar dəyərinə görə yenidən dünyanın ən dəyərli şirkəti olub.
“Bakupost” xəbər verir ki, şirkətin bazar dəyəri təxminən 4,94 trilyon dollara yüksəlib. Eyni zamanda, “Nvidia” səhmləri təxminən 5% ucuzlaşıb və şirkətin bazar dəyəri 4,83 trilyon dollar səviyyəsinə enib.
Məlumata görə, investorlar “Apple”ın süni intellekt sahəsində daha ehtiyatlı investisiya strategiyasını müsbət qiymətləndirirlər. Şirkət kapital xərclərini azaltmasına baxmayaraq, “Apple Intelligence” platformasının inkişafını davam etdirir.
Hazırda investorların diqqəti “Apple”ın bu həftə açıqlayacağı maliyyə hesabatına yönəlib. Şirkətin süni intellekt strategiyası və gələcək planları ilə bağlı veriləcək açıqlamaların bazarlara təsir edəcəyi gözlənilir.
Bundan başqa, Tim Kukun sentyabrın 1-dən “Apple”ın direktorlar şurasının sədri vəzifəsinə keçəcəyi, baş icraçı direktor postunu isə Con Ternusun tutacağı gözlənilir
Vüsalə Hüseynova,
BakuPost