Ru
14:57 / 15 Oktyabr 2026

“Apple”a 5,7 milyard dollarlıq zərbə – Şirkət qərara qarşı çıxdı

“Apple”a 5,7 milyard dollarlıq zərbə – Şirkət qərara qarşı çıxdı
Eye

“Apple” patent mübahisəsi üzrə ABŞ tarixində rekord sayılan 5,7 milyard dollarlıq təzminat qərarının ləğvini istəyib.

“Bakupost” xəbər verir ki, şirkət San-Dieqodakı federal məhkəməyə müraciət edərək qərarın kifayət qədər sübuta əsaslanmadığını bildirib.

Mübahisə “iPhone” və “Apple Watch” cihazlarında toxunma hissi yaradan vibrasiya texnologiyası ilə bağlıdır. 25 sentyabrda andlılar məhkəməsi “Apple”ın “Taptic Engine” texnologiyası ilə “Taction Technology” şirkətinə məxsus iki patenti pozduğuna qərar verib.

“Apple” isə 5,7 milyard dollarlıq təzminat üçün kifayət qədər sübut olmadığını iddia edir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar