“Apple” ilk qatlanan telefonu “iPhone Duo” ilə yanaşı, “iPhone 18 Pro” və “Pro Max” modellərini təqdim edib.
“Bakupost” xəbər verir ki, “iPhone Duo” kitab formasında qatlanır və açıldıqda 7,8 düymlük ekrana malik olur. Telefon 256 GB-dan 2 TB-a qədər yaddaş variantları ilə satışa çıxarılacaq.
“iPhone Duo”nun Türkiyədə qiyməti 256 GB versiya üçün təxminən 8 073 manatdan başlayır. 512 GB model 8 670 manat, 1 TB model 9 863 manat, 2 TB model isə 11 794 manat olacaq.
“iPhone 18 Pro” nun başlanğıc qiyməti təxminən 4 844 manat, “iPhone 18 Pro Max”ın qiyməti isə 5 265 manatdır.
Vüsalə Hüseynova,
BakuPost