Ru
16:45 / 10 Avqust 2026

“Apple”dən “iPhone 20” hazırlığı: Yeni model necə olacaq?

“Apple”dən “iPhone 20” hazırlığı: Yeni model necə olacaq?
Eye

“Apple”in “iPhone”un 20-ci ildönümünə özəl olaraq 2027-ci ildə “iPhone 20” modelini təqdim etməyə hazırlaşdığı iddia edilir.

“Bakupost” xəbər verir ki, “Bloomberg”in məlumatına görə, yeni model tamamilə şüşə korpus, əyri və çərçivəsiz ekran, ekran altı üztanıma və fiziki düymələri əvəz edəcək toxunma əsaslı idarəetmələrlə təchiz oluna bilər.

İddialara görə, “iPhone 20” 6,3 və 6,9 düymlük iki ekran variantında təqdim ediləcək. Modelin A21 çipi ilə işləyəcəyi və cihazdaxili süni intellekt imkanlarının da gücləndiriləcəyi gözlənilir.

“Apple” daha əvvəl “iPhone”un 10-cu ildönümündə “iPhone 9” əvəzinə “iPhone X” modelini təqdim etmişdi. Bu səbəbdən 2027-ci ildə “iPhone 20” adının seçilə biləcəyi ehtimal olunur.

Qeyd edək ki, yeni xüsusiyyətlərin bir hissəsi hələlik “Apple” tərəfindən rəsmi təsdiqlənməyib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar