“Apple”in 9 sentyabrda keçiriləcək tədbirində ilk qatlanan “iPhone” modelini təqdim etməsi gözlənilir.
“Bakupost” xəbər verir ki, tədbirdə qatlanan “iPhone”la yanaşı, “iPhone 18” seriyası, yeni “AirPods” və “HomePod” modellərinin də təqdim ediləcəyi ehtimal olunur.
Qatlanan “iPhone”un 5,5 düymlük ekrana sahib olacağı, açıldıqda isə ekranın 7,8 düymə qədər böyüyəcəyi bildirilir. Cihazın qiymətinin 2 min dollardan yüksək olacağı gözlənilir.
Vüsalə Hüseynova,
BakuPost