Ru
14:35 / 30 İyul 2026

Aqil Məlikovun vəziyyəti ağırdır

 Aqil Məlikovun vəziyyəti ağırdır
Eye

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, tanınmış muğam bilicisi, xanəndə, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Aqil Məlikovun səhhətində ciddi problemlər yaranıb.

"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, məlumata görə, sənətkarın vəziyyəti ağır olaraq qiymətləndirilir. Hazırda o, ürək əməliyyatı olunması üçün paytaxtdakı özəl klinikalardan birinə yerləşdirilib.

Bildirilib ki, Aqil Məlikov həkim nəzarəti altında müalicə alır və onun üzərində zəruri tibbi prosedurlar həyata keçirilir. Yaxın vaxtlarda sənətkarın ürək əməliyyatı keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Aqil Məlikov Azərbaycan muğam sənətinin tanınmış simalarından biri olmaqla yanaşı, uzun illərdir Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir və milli musiqi irsinin təbliği istiqamətində mühüm xidmətləri ilə tanınır.

Sənətkarın səhhəti ilə bağlı yeni məlumat olduqca ictimaiyyətə çatdırılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar