Əli Laricaninin qətli ölkədə hakimiyyətin sabitliyinə təsir göstərməyəcək.
Bakupost.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı “Əl-Cəzirə”yə verdiyi müsahibəsində deyib.
“Amerikalı və yəhudilərin niyə hələ də İranın güclü siyasi quruluşa malik olduğunu anlamadıqlarını başa düşmürəm. Bir nəfərin varlığı və ya yoxluğu bu quruluşa təsir etmir. Əsas amil fərdi fiqurlar deyil, sistemin özünün gücü olaraq qalmasıdır”, - o bildirib.
Qeyd edək ki, ötən gün İsrailin keçirdiyi əməliyyat nəticəsində İran Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb.