Ru
21:00 / 10 İyun 2026

Araz Nəsirov işdən çıxarıldı - TƏBİB-də daha bir yüksək vəzifəli şəxs yola salındı

Araz Nəsirov işdən çıxarıldı -  TƏBİB-də daha bir yüksək vəzifəli şəxs yola salındı
Eye

TƏBİB-də növbəti kadr dəyişikliyi baş verib.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, qurumun İcraçı direktorunun müavini Araz Nəsirov işdən çıxarılıb.

Araz Nəsirov TƏBİB-in İcraçı direktorunun müavini vəzifəsinə 30 noyabr 2022-ci ildə təyin edilmişdi. O, təxminən üç il yarım ərzində qurumun rəhbərliyində təmsil olunub. Bundan əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji təhlil departamentinin rəhbəri vəzifəsində çalışıb, maliyyə, strateji idarəetmə və sığorta sahəsində müxtəlif vəzifələr tutub.

Araz Nəsirov TƏBİB-də Vüqar Qurbanovun rəhbərliyi dövründə formalaşan idarəetmə komandasının əsas üzvlərindən biri hesab olunurdu.

Xatırladaq ki, son günlər TƏBİB-də genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirilir. Qurumun İnsan resursları, Beynəlxalq əlaqələr, İnzibati idarəetmə, İlkin səhiyyə xidməti və digər departamentlərinin rəhbərləri, eləcə də bir sıra şöbə müdirlərinin vəzifələrindən çıxarılıb.

Elnur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar