Ru
21:16 / 13 İyul 2026

Argentina FİFA-ya xüsusi müraciət ünvanladı

Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
Eye

Argentina millisi DÇ-2026-nın yarımfinalında İngiltərə ilə oyun öncəsi FİFA-ya müraciət edib.


"Bakupost" Qol.az-a istinadən xəbər verir ki, argentinalı jurnalist Qaston Edulun məlumatına görə, Lionel Skaloninin komandası ənənəvi mavi-ağ zolaqlı forma əvəzinə tünd-göy ehtiyat formada meydana çıxmaq üçün icazə istəyib. Müraciətlə bağlı yekun qərarın sabah açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Argentina millisi 1986-cı il dünya çempionatının 1/4 finalında İngiltərəni Dieqo Maradonanın məşhur qolları sayəsində 2:1 hesabı ilə məğlub edərkən, həmçinin 1998-ci il mundialında rəqibini penaltilər seriyasında mübarizədən kənarlaşdırarkən də məhz tünd-göy formada meydana çıxmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar