Ru
13:31 / 15 Noyabr 2025

Arılara Morze əlifbası öyrətdilər – Dünya elmində mühüm yenilik

Arılara Morze əlifbası öyrətdilər – Dünya elmində mühüm yenilik
Eye

Bombus arıları digərləri kimi birgə yaşamaq, çalışmaqdan başqa, bir-birlərini öyrətmək kimi bacarıqlara malikdirlər. Buğdadan 3 dəfə kiçik beyinə malik arıların belə qabiliyyətlər nümayiş etdirməsi xüsusilə diqqətəlayiqdir.

Bakupots.az xəbər verir ki, London Kraliça Meri Universitetinin tədqiqatçıları, bombus arılarının zaman aralığındakı fərqi başa düşüb-düşmədiyini araşdırıb. Bu fərqi ayırd etmək təbii mühitdə onlara qida tapmaqdan təhlükələrdən yayınmağa qədər müxtəlif üstünlüklər verə bilər.

Tədqiqatçılar arıları qapalı bir mühitə yerləşdirib və qarşılarına biri uzun, digəri qısa müddətli yanan ikiişıqlı ekran qoyublar. Qısa və uzun müddətli işıq parıltıları tədqiqatda Morze əlifbasının siqnallarını əvəz edib.

İşıqlardan birinin altında arıların arıların sevdiyi şəkərli məhlul, digərində isə xoşlamadıqları kinin (dərman sənayesində istifadə olunan, çinar ağacının qabığından çıxarılan, acı dadlı alkaloid) olub. Tədqiqat heyəti müxtəlif arı qruplarına fərqli siqnallar göstərərək nəticələrin etibarlılığını artırmağa çalışıb.

Arılar hansı parıltının şəkər və hansının kin ilə bağlı olduğunu öyrəndikdən sonra tədqiqatın ikinci hissəsinə keçilib. Bu mərhələdə alimlər təcrübəni arıları iy almadan, yalnız uzun və qısa işıqlarla idarə etməyə çalışıblar.

“Biology Letters” jurnalında dərc olunan araşdırmaya görə, bombus arıları şəkəri və kini göstərən işıqları seçə bilib. Tədqiqatçılar, bu cür dəqiq seçimlərin təsadüfi ola bilməyəcəyini, arıların uzun və qısa işığı ayırd edə bildiyini düşünürlər: “Arılar təbii mühitdə yanıb-sönən siqnallarla qarşılaşmadığı üçün bunu bacarmaları heyrətamizdir”.

Alimlər bildirirlər ki, bu bacarığın arılarda ilk dəfə qeydə alındığı təsdiqlənib.


Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar