Türkiyənin məşhur "Arka Sokaklar" serialında Vedat Müdir obrazı ilə tanınan aktyor Murat Ormiyakın hazırda qocalar evində yaşadığı məlum olub.
Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, sənətçi mövcud durumu ilə bağlı səmimi açıqlamalar verib. Aktyor bildirib ki, uzun müddətdir ekranlardan uzaq qalıb və artıq yeni layihə təklifləri almır.
Murat Ormiyak qeyd edib ki, İstanbulun Taksim bölgəsində yerləşən qocalar evində qalır və bu vəziyyət onu ruhdan salıb:
"'Arka Sokaklar" serialını çox darıxıram. Hazırda Taksimdə qocalar evindəyəm. Artıq mənə heç bir təklif gəlmir. Özümü xoşbəxt hiss etmirəm".
Aktyorun bu etirafları sosial şəbəkələrdə kədər və empatiya ilə qarşılanıb, sənət adamlarının sonrakı həyat şəraiti ilə bağlı müzakirələrə səbəb olub.