Dünyaşöhrətli modelyer Giorgio Armaninin vəsiyyəti açıqlanıb.
Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Armani şirkətinin 30%-nin digər üç brendə, 30%-nin yaxın adamı və dostu Leo Dell'Orcoya, qalan hissəsinin isə ailə üzvlərinə paylanmasını vəsiyyət edib.
Vəsiyyətnamədə Armani səhmlərinin “LVMH”, “Luxottica” və “L'Oréal” şirkətlərinə verilməsini tələb edib.
Bildirilir ki, satış uğursuz olarsa, şirkətinin birjaya çıxarılmasını tapşırıb.
Əsas varislər modelyerin bacısı Rosanna, onun övladları Silvana və Roberta, eləcə də Armaninin qardaşı Sercionun oğlu Andrea Armanidir.