Ru
10:48 / 23 Oktyabr 2026

Arsen Venger Bakıya gəldi - FOTO

Arsen Venger Bakıya gəldi - FOTO
Eye

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib.


"Bakupost" İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək.

Qeyd edək ki, Arsen Venger 1996-2018-ci illərdə Londonun "Arsenal" klubunun baş məşqçisi olub. O, hazırda klub məşqçiliyi ilə məşğul olmur və FIFA-da futbolun qlobal inkişafı istiqamətində fəaliyyət göstərir.

Xatırladaq ki, Venger FIFA-nın yeni U-15 turnirinin konsepsiyasının hazırlanmasında mühüm rol oynayıb. Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalının oyunları oktyabrın 24-də Bakıda başlayacaq və oktyabrın 30-da başa çatacaq.

Azərbaycan millisi ilk görüşünü oktyabrın 24-də saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığmasına qarşı keçirəcək.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar