Ru
23:27 / 28 May 2026

"Arvad" sözünü yox, daha vacib mövzuları gündəmə gətirmək lazımdır" - VİDEO

"Arvad" sözünü yox, daha vacib mövzuları gündəmə gətirmək lazımdır" - VİDEO
Eye

Müğənni Nadir Qafarzadə bir müddətdir müzkirə mövzusuna çevrilən "arvad" sözünün işlədilməsinə münasibət bildirib.

Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu sözdən istifadəyə görə gələcəkdə cərimələrin tətbiq ediləcəyi ilə bağlı yayılan iddiaları absurd adlandırıb:

“Arvad-uşağım bağdadır. Gedirəm arvadıma baş çəkim. Gedim görüm necə istirahət edir. Kim necə istəyirsə, öz həyat yoldaşına elə müraciət etsin. Bu, şəxsi məsələdir. Köhnə kəndə təzə adət gətirəcəksiniz? “Arvad” deyənlər cərimələnəcək? İşiniz-gücünüz bitib? Bikarsınız? Vacib mövzuları gündəmə gətirmək daha yaxşı olardı. İbtidai sinifdə təhsil alan uşağın düşüncələri bundan daha savadlıdır. Biz belə eşitmişik: “ər-arvad”. Hətta nikahda da deyilir: “Sizi ər-arvad elan edirik”. Burada təhqiredici, tərbiyəsiz, mədəniyyətsiz nə var ki? Atamın da, babamın da arvadı olub. Mənim də, övladımın da arvadı var. Həyat yoldaşı, ömür-gün yoldaşı da deyirik. Burada bir qəbahət yoxdur. “Arvad” sözü əslində daha şirindir. İşiniz-gücünüz qurtarıb?”.

Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov "Bu gün heç bir xanım ona qeyd etdiyim bu ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də, Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyəti dəyişikliyin aparılması yaxşı olar" deyə, bildirib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar