Tiktoker İlduzə Hacıyeva (“Arzum999”) barəsində çıxarılan həbs hökmü günlərdir müzakirə olunur. Onun günahsız olduğunu deyənlərlə yanaşı, məhkəmə hökmünü ədalətli sayanlar da var. Artıq bu mövzuda yalnız sosial şəbəkə fenomenləri danışmır, deputatlar, jurnalistlər, hüquq müdafiəçiləri də fikir bildirir.
Əsas diqqət “Arzum”un qəzadan sonra hadisə yerindən qaçmamasına, yol hərəkəti qaydasını kobud şəkildə pozmamasına yönəldilir.
İlfuzə Hacıyeva ilə bağlı ən son məlumat onun azadlığı üçün imza toplanmasıdır. Bildirilir ki, müxtəlif sosial şəbəkə qruplarında yayılan paylaşımlarda vətəndaşlara petisiyanı imzalamaq çağırışı edilir. Paylaşım müəllifləri “Arzum”un haqsız yerə həbs olunduğunu iddia edərək kampaniyaya dəstək istəyiblər.
"Bakupost" Globalinfo.az-a istinadla xatırladır ki, Azərbaycanda imza toplamaq ənənəsi uzun müddət davam edib.
1990-cı və 2000-ci illərin əvvəllərində həbs olunan müxalifətçilərin, jurnalistlərin müdafiəsi üçün imza toplamaq kampaniyaları aparılıb. Daha çox siyasi xarakterli olan bu kampaniyalar vasitəsilə kimlərinsə həbsdən dərhal buraxılması ilə bağlı fakt yoxdur. Bu, daha çox mövzunu gündəmdə saxlamaq və həbs olunan şəxsin ictimai müdafiəsini təşkil etmək üçün atılan addım idi.
Ən kütləvi imzatoplama hadisəsi isə AMİP lideri Etibar Məmmədovla bağlı olub. O, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Moskvada həbs edilmişdi. E.Məmmədov SSRİ paytaxtında məşhur Lefortovo həbsxanasında saxlanılırdı. Onun azadlığa çıxması üçün Azərbaycanda 2 milyon imza toplanaraq Moskvaya göndərildi. Etibar Məmmədovun həbsdən çıxmasında bu imzatoplama kampaniyasının müəyyən qədər rolu oldu.
“Arzum” Etibar Məmmədov qədər şanslı ola biləcək? Onun müdafiəsi üçün başladılmış petisiya uğurlu yekunlaşacaq? Ən əsası, bu kampaniya məhkəmə hökmünə təsir göstərəcək? Bu sualların cavabının yaxın günlərdə bilinməsi gözlənilir.
Bu məqalə i yazan her kimse, mə1alənin adi da yazdiğinda, məntiqində mənim təpəmə dəysin. Sən kimlə kimi müqaisə edirsən axi. ETİBAR MəMəddov, rusiyanin azerbaycan xalqina töretdiyi vehşiliyi ortaya çixartmaq üçün öz caninin xalquna qurban vererek, Moskvaya gedir dünya ictimaiyyetne yayilmasi üçün xarici jurnalistleri yiğib ruslarin töretdiyi Qanli 20 yanvar hadiseini işiülandiri. Özüde harda Moskvada yeni Rusiyanin göbeyinde açiq ruslara terorist deyen adamdir eee.
Dünyadan köçəni geri qaytarmaq mümkün deyil məncə balalarına görə azad olunsa yaxşıdır ancaq tənbehdə olmağı vacibdir ümummiyətlə fenomen tiktokerlər axır vaxtlar çox özlərin buraxır qulaq burması verilsə əla olar ev şəraitində cəzasını cəksə yaxşı olar.
Basliga bax da????
Başınıza gələn hadisədən kədərləndim. Sizin və haqlı mübarizənizin yanındayıq. İnanıram ki, bu çətin imtahandan alnıaçıq çıxacaqsınız."
Bu nə xəbər başığıdı? Çox fikirləşimisiz bu başlığı. Bacanaqlar serialındakı, baş redaktoru Xansuvar olan qəzetin məqalələrinə oxşayır.
*Arzum9999*la prossesual-texnoloji Yol hadisəsi, ayrılmaz tarixi hüququn *Siyasicə* itirilmə hadisəsindən özünə məxsus kimi *Milli İstiqlal* iddiaçısı Etibar Məmmədovu, xalq və dövlətimizin, xalqımızın taleyi boşuna yox, təbiətən gündəmə gətirib! Hörmətli *Milli İstiqlal* fədakarı və tərəfdaşları Sizlər, artıq 26 dekabr 1991ci il tarixinə özünü buraxmış SSRİ *İmperiyası*na tam qalib gəldiniz!? Bəs, istiqlallına çalışdığınız sonrakı Azərbaycanın rəsmən 28 may 1918ci il tarixində bəyan edilmiş Azərbaycan Xalq Cümuhürriyyətinin (ADR) ərazi bütövlüyündən başlanan ayrılmaz, ancaq itirilmiş hüquqlarının bərpa haqqlarına niyə susursunuz?
Ay qardaw sen ne danlwlrsan bu qadın gunahsizdi. O HAKİM o Prakuror Azərbaycan Dövlətinin bawlnl awaga saldl qanun olmadığını bir daha subutetdi. Bu nə deməkdir? Bizim ziyalı SAVADLI ÖLKƏ BAW İMİZ VAR SİZ ELƏ BİLİRSİZ CƏNAB PREZİDENT BİGANƏ QALACAG BU İWE.. BU XANIMIN GÜNAHI YOXDUR. SAVADSIZ CASINA SƏHV IW APARIB MÜSTƏNTİQ ONLAR BİZİM CƏNAB PREZİDENTİMİZƏ XALQIMIZA LAYİQ DEYİLLƏR. DƏRHAL İWDEN ÇIXARILMALIDIR LAR. DÖVLƏTİMİZİN BAWİNI AWAGA SALACAG SAVADSIZLAR XALQA LAZIM DEYİL. ALLAH BİLİR NECƏ NECƏ İNSANLARIN HƏYATINI MƏHV EDİB O HƏMƏN HAKİM PRAKUROR
Azadliq arzuma
Mende isteyerem azadliga cixsin. Allah dunyasin deyishene rehmet elesin ailesine sebir versin.
MARAQLI MŮQAYISEDIR. '! VE AGLAMALI .......
Mən bir Azərbaycan vətəndaşı olaraq bununla razıyam və İlduzə Hacıyevanın azad olunması üçün imza atmaöa hazıram. Çünki İlduzə xanımın o hadisədə 100/10 faiz günahı var 90 faiz isə hadisəni törədən qarşı tərəfdir düzdü hadisə zamanı dünyasını dəyişib qarşı tərəf ama öz səhvi və öz ehtiyatsızlığı ucbatından dünyasını dəyişib çünki yüksək sürətlə avtomobili idarə edir və həmin anda idarə etməni itirir qəzaya səbəb olur sadəcə olaraq həmin şəxs dünyasını dəyişdiyi üçündə hadisənin günahkarı İlduzə xanım olduğunu bildirdilər məhkəmədə deyirlər İlduzə xanım hadisədən qaçıb xarici ölkəyə gedib burda 1 sual yaranır əgər, İlduzə Hacıyeva həmin hadisədə günahkar sayılırdısa devlət hara baxırdı kəpənək olub uçmadəki xaricə bu ya hava yoluyla yəni təyyarəylə ya quru yolla ölkədən çıxış edib. Bəs İlduzə xanöm ölkədən çıxəş etdiyi zaman adiyəti orqanlar hara baxırdı günahkar birini hadisə törətmiş bir şəxsin ölkədən çəxəşına niyə icazə verilib niyə şərait yaradılıb?
Kaş ki, e. məmmədova səs verməzdim. Ona o imzanın halallığını vermirəm. O dövlət çevrişinə dəstək verdi.