Ru
14:42 / 15 İyul 2026

"Arzum"un adından dələduzluq - FOTO

"Arzum"un adından dələduzluq  - FOTO
Eye

Ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) adından dələduzluq edilib.

"Bakupost" axşam.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə Arzum üçün guya yardım məqsədilə pul toplanıldığı ilə bağlı paylaşımlar yayılıb.

Bununla bağlı tiktokerin yaxınları açıqlama yayaraq həmin məlumatların həqiqəti əks etdirmədiyini bildiriblər.

"Bəzi səhifələrdə Arzum üçün pul yığılır deyə paylaşımlar edilir. Bu məlumat doğru deyil. Heç kim bu paylaşımlara inanmasın və heç bir hesaba pul köçürməsin. Elə bir şey yoxdur, inanmayın!" deyə, paylaşımda qeyd olunub.

Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb.

"Arzum 9999" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar