Ru
17:58 / 07 İyul 2026

Aşağı qan təzyiqi nə zaman təhlükəlidir? - Aygül Vəliyevan ın ölüm səbəbi

Aşağı qan təzyiqi nə zaman təhlükəlidir? - Aygül Vəliyevan ın ölüm səbəbi
Eye

Ötən gün aşağı Salyan rayonu Qarabağlı kənd sakini, 1992-ci il təvəllüdlü Aygül Vəliyeva qan təzyiqinin düşməsi səbəbindən dünyasını dəyişib.

34 yaşlı qadın xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Bəs aşağı qan təzyiqi hansı hallarda ölümə səbəb olur?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev Bakupost.az-a bildirib ki, qan təzyiqinin düşməsi hər zaman təhlükəli olmasa da, bəzi hallarda ciddi risklər yarada bilər:

"Bəzi insanlarda təbii olaraq aşağı təzyiq müşahidə edilir və bu, heç bir sağlamlıq problemi yaratmır. Lakin qan təzyiqi qəfil və kəskin şəkildə düşərsə, beyin, ürək və böyrəklər kimi həyati vacib orqanlara kifayət qədər qan çatmaması səbəbindən vəziyyət ciddi və hətta həyati təhlükəli ola bilər. Bu, xüsusilə güclü qanaxma, ağır infeksiya (sepsis), şiddətli allergik reaksiya (anafilaksiya), infarkt və ya digər ciddi ürək xəstəlikləri, ağır susuzlaşma, bəzi dərmanların həddindən artıq qəbulu və ya zəhərlənmə zamanı baş verə bilər. Belə hallarda huşun itməsi, sinə ağrısı, nəfəs darlığı, soyuq və tərli dəri, qarışıqlıq, zəif və ya çox sürətli nəbz kimi əlamətlər müşahidə olunarsa, dərhal təcili tibbi yardım çağırılmalıdır”.

Həkimin sözlərinə görə, qan təzyiqinin düşməsinin ən çox rast gəlinən səbəbləri arasında susuzlaşma, uzun müddət ac qalmaq, qan itkisi, ürək xəstəlikləri, təzyiq salan və sidikqovucu dərmanlar, hormonal pozğunluqlar, hamiləlik dövründə baş verən fizioloji dəyişikliklər və ayağa qəfil qalxarkən yaranan ortostatik hipotoniya yer alır. Belə hallarda ilkin yardım tədbirləri olduqca vacibdir:

"Qan təzyiqi sürətlə enərsə, ilk növbədə insan uzadılmalı, ayaqları təxminən 20–30 santimetr yuxarı qaldırılmalı, sıx geyimləri boşaldılmalı və huşu yerindədirsə, qusmursa, su içməsinə kömək edilməlidir. Mümkündürsə, qan təzyiqi və nəbz ölçülməli, insan tək buraxılmamalıdır. Vəziyyət qısa müddətdə yaxşılaşmırsa və ya huşun itməsi, sinə ağrısı, nəfəs darlığı, güclü qanaxma və ya çox aşağı qan təzyiqi kimi təhlükəli əlamətlər varsa, vaxt itirmədən təcili tibbi yardım çağırılmalıdır."

Bahar Babaşova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar