Aşıq Zülfiyyənin mahnısı oğurlanıb.
Bakupost.az xəbər verir ki, Zülfiyyə İbadova bu barədə “Rəngarəng” verilişində bildirib.
Aşıq qeyd edib ki, bir xanım ona məxsus “Tovuzun oğlanları” mahnısının sözlərini dəyişdirərək ifa edib:
“Bu mahnının sözlərini Humay İmranqızı 44 günlük müharibədə Tovuz şəhidlərinə xitabən yazmışdı. Musiqisi mənə məxsusdur. Axşam baxıram ki, bir xanım mahnını dəyişərək “Borçalı oğlanları” sözləri ilə oxuyub. Mahnının sözlərini yazan Humay xanım da onlara bildirib ki, bu nə hərəkətdir? Tez onu blok ediblər. Bu qədər hörmətsizlik olmaz axı. Toyda, şənlikdə, hansı bölgəyə getsəm ona uyğun oxuyaram, bu normaldır. Amma bunu özbaşına etmək olmaz. Təbii ki, “YouTube” bu gün mahnını siləcək”.
Yasəmən, BakuPost