Ru
12:38 / 12 Noyabr 2026

Astanada "dollar yağışı": Pəncərədən çamadanlarla pul atıldı - VİDEO

Eye

Qazaxıstanın paytaxtı Astanada yaşayış binasının yaxınlığında dollar əskinaslarına bənzər pullarla dolu səkkiz çamadan aşkarlanıb.

"Bakupost" Ajans.az-a istinadla xəbər verir ki, bu barədə “Centralmedia24” məlumat yayıb.

Məlumata görə, qeyri-adi tapıntı Kunayev küçəsində, “Atlant-6” yaşayış kompleksinin yaxınlığında yerləşən 5 nömrəli binanın qarşısında aşkar edilib. Çamadanların ətrafına əskinas dəstələrinin də səpələndiyi bildirilir.

Hadisə şahidləri polisə məlumat veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə gələrək araşdırmalara başlayıblar. Əskinasların həqiqiliyi, ümumi məbləği və kimə məxsus olduğu hələlik müəyyən edilməyib.

Qeyd edək ki, bu hadisə Qazaxıstanda yüksək vəzifəli şəxslərin saxlanılması ilə bağlı korrupsiya qalmaqalı fonunda baş verib.

Belə ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi “Samruk-Kazyna” suveren sərvət fondunun rəhbəri Nurlan Jakupovun və “Qazaxıstan Dəmir Yolu” şirkətinin baş direktoru Elyas Otınşiyevin saxlanıldığını təsdiqləyib.

Əməliyyat noyabrın 11-də Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları tərəfindən keçirilib. Onlarla yanaşı, daha bir neçə nəfər də saxlanılıb.

“Centralmedia24”ün məlumatına görə, yüksək vəzifəli şəxslər xüsusilə külli miqdarda rüşvət verməyə cəhddə şübhəli bilinirlər. Nəşrin mənbələri onların müvəqqəti saxlama təcridxanasına yerləşdirildiyini bildirir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar