Ru
20:17 / 22 Avqust 2025

Astarada oğul anasını qətlə yetirdi - YENİLƏNDİ

Astarada oğul anasını qətlə yetirdi - YENİLƏNDİ
Eye

Avqustun 22-də saat 15 radələrində Astara şəhər sakini 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakupost.az-a verilən məlumata görə, ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Murad Kazımzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Məhəbbət Qasımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. M.Kazımzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

***
17:07
Astara rayonunda 47 yaşlı qadın qətlə yetirilib.

Bakupost.az xəbər verir ki, hadisə şəhər mərkəzindəki evlərdən birində qeydə alınıb.

26 yaşlı Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası Məhəbbət Qasımovanı bıçaqlamaqda şübhəli bilinir.

Ağır xəsarət alan qadın ölüb.

Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində tədbirlər görülür.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar