Ru
18:30 / 04 Avqust 2026

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı: Sizə mən nə etdim?

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı:  Sizə mən nə etdim?
Eye

Azərbaycanlı reper Asya Əlizadə Türkiyədən deport olunması ilə bağlı yenidən diqqət çəkən açıqlamalar verib.


"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, sənətçi qatıldığı müsahibədə Türkiyə, dinləyiciləri və hətta tantuni üçün çox darıxdığını deyib.

Əlizadə deport qərarının ləğv olunmasını istəyərək bunu zarafatla belə ifadə edib:

“Artıq yaxşı qız olacağam, bütün tverk videolarımı siləcəyəm. Sizə mən nə etdim? Xahiş edirəm, bu deport qərarını ləğv edin”.

Səmimi və yumor dolu açıqlamaları ilə diqqət çəkən reper Türkiyəyə yenidən qayıdacağı günü səbirsizliklə gözlədiyini də vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar