Ru
09:40 / 12 Noyabr 2025

Ata olacaqdı, şəhid oldu...

Ata olacaqdı, şəhid oldu...
Eye

Azərbaycan-Gürcüstan sərhədində Türkiyə hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olanlardan 32 yaşlı baş çavuş Əmrə Altıok bu yaxınlarda ata olacaqmış.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Əmrə Altıokun Samsunun Tekkeköy rayonundakı ata evinə gələn rəsmilər onun ölümü ilə bağlı xəbəri anası Gülay Altıok və atası İsa Altıoka çatdırıblar.

Şəhidin Kayseridə yaşayan və hamilə olduğu bildirilən həyat yoldaşına isə ərinin ölüm xəbəri səhiyyə işçilərinin iştirakı ilə verilib.

Oğullarının şəhadət xəbərini alan Altıok ailəsi dərhal Kayseriyə – gəlinlərinin yanına yola düşüb. Qonşular və qohumlar isə ailənin eyni evdə yaşayan babasına başsağlığı vermək üçün toplaşıblar.

Şəhidin yaşadığı evə və küçəyə Türkiyə bayraqları asılıb.



Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar