Ru
22:20 / 06 İyul 2026

Ata xilas edildi, oğlu öldü, qızı axtarılır - Xəzərdə faciə

Ata xilas edildi, oğlu öldü, qızı axtarılır -  Xəzərdə faciə
Eye

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində, ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 km aralıda nəzarətsiz dəniz sahəsində 4 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə "Bakupost"a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub və axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Operativ tədbirlər nəticəsində 1975-ci il təvəllüdlü Məmmədov Rasim Qəhraman oğlu və 2016-cı il təvəllüdlü Məmmədzadə Aytən Rasim qızı xilas edilib.

Axtarışlar zamanı 2005-ci il təvəllüdlü Məmmədov Raul Rasim oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının tapılması istiqamətində axtarışlar davam etdirilir.

Əlavə məlumatın veriləcəyi bildirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar