Ru
11:19 / 14 Avqust 2025

Atəşkəs əldə olunsa belə, döyüşlər dayanmayacaq - Ukraynalı hərbçi

Atəşkəs əldə olunsa belə, döyüşlər dayanmayacaq - Ukraynalı hərbçi
Eye

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında 15 avqustda keçiriləcək görüşdən sonra Ukraynada hərbi əməliyyatların dayandırılması ehtimalı azdır.

Bakupost.az xəbər verir ki, bu fikri "Radio NV"-nin efirində Ukrayna Silahlı Qüvvələrinin mayoru, politoloq Andrey Tkaçuk səsləndirib.

“Mən yaxın aylarda döyüşlərin dayanacağına inanmıram. Putin istəyir ki, biz könüllü şəkildə Donbasdan çıxaq. Bu, olmayacaq. Çünki bu, bizim ərazimizdir. Və prezident Zelenski bildirib ki, yalnız təmas xətti üzrə danışıqlara başlamaq mümkündür. Ancaq bu halda hansısa məsələləri müzakirə etmək olar”, – deyə Tkaçuk bildirib.

Eyni zamanda Tkaçuk qeyd edib ki, əgər hansısa atəşkəs razılaşması əldə olunsa belə, bu, real həyatda dərhal döyüşlərin dayanması demək olmayacaq.

“Çünki biz 1200 kilometrlik döyüş təması xətti boyunca təhlükəsizliyi qorumağa davam etməliyik. Bizə böyük ordu lazım olacaq ki, bu mövqeləri qorumağa, xidmət aparmağa və sistemli işi təşkil etməyə davam edək. Yəqin ki, kimisə məyus edəcəyəm, amma bu müharibə tez bitməyəcək. Hər halda döyüşlər davam edəcək, toqquşmalar baş verəcək. Ola bilsin əvvəlki kimi intensiv olmasın, amma yenə də baş verəcək”, – deyə Tkaçuk əlavə edib.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar