Avant Group-un yeni layihəsi olan Green by Avant-ın rəsmi təqdimat mərasimi keçirilib. Tədbirdə şirkət rəhbərliyi, tərəfdaşlar, media nümayəndələri və dəvətli qonaqlar iştirak edərək layihənin üstünlükləri və satış şərtləri ilə yaxından tanış olublar.
Bakıxanov qəsəbəsində Ruhulla Axundov 16 ünvanında yerləşən Green by Avant layihəsi müasir memarlığı, funksional planlaşdırması və yaşıl həyat konsepsiyası ilə fərqlənən yeni nəsil yaşayış kompleksidir.
Ümumi sahəsi 1,5 hektar olan layihə 350 mənzildən ibarətdir və sakinlərinə komfortlu, təhlükəsiz və keyfiyyətli həyat tərzi təqdim etməyi hədəfləyir.
Layihənin əsas üstünlüklərindən biri isə ABB və Avant Group arasında imzalanmış tərəfdaşlıq memorandumu çərçivəsində yaradılan yeni maliyyələşdirmə imkanıdır. Artıq alıcılar cəmi 10 % ilkin ödəniş etməklə ipoteka krediti vasitəsilə mənzil sahibi ola biləcəklər. Bu əməkdaşlıq Azərbaycanın daşınmaz əmlak bazarında mühüm yenilik olmaqla, geniş auditoriya üçün mənzil əldə etməyi daha əlçatan edir.
Layihədə sahələri 53,94 m²-dən 108 m²-dək dəyişən, müxtəlif ailə tələbatlarına cavab verən mənzil seçimləri təqdim olunur. Bütün mənzillər ağ suvaq (white box) təhvil veriləcək ki, bu da alıcılara interyeri öz zövqlərinə uyğun şəkildə dizayn etmək imkanı yaradacaq.
Green by Avant layihəsinin təqdimatı çərçivəsində alıcılar üçün xüsusi kampaniya da elan olunub. Belə ki, layihədəki 350 mənzilin ilk 10 %-i alıcılara 4,5 % endirimlə təklif olunacaq. Bu kampaniya yalnız ilk alıcılar üçün nəzərdə tutulub və mənzil sahibi olmaq istəyənlərə sərfəli qiymət şərtlərindən yararlanmaq imkanı yaradır.
Təqdimat mərasimində çıxış edən Avant Group-un təsisçisi Əli Hüseynov bildirdi ki, Green by Avant yalnız yaşayış kompleksi deyil, eyni zamanda insanların rahatlığını, təhlükəsizliyini və rifahını ön planda tutan müasir həyat konsepsiyasıdır. Layihədə yaşıllıq zolaqları, istirahət məkanları, uşaqlar üçün oyun sahələri və gündəlik həyatı daha rahat edən infrastruktur elementləri nəzərdə tutulub.
Layihə haqqında ətraflı məlumat əldə etmək və kampaniyadan yararlanmaq üçün *0241 və ya Bakıxanov qəs. Ruhulla Axundov 16 ünvanında yerləşən Green by Avant layihəsinin satış ofisinə müraciət edə bilərsiniz.