Ru
13:05 / 13 Avqust 2026

Aviaşirkətlərdə də süni intellekt dövrü başlayır

Aviaşirkətlərdə də süni intellekt dövrü başlayır
Eye

Avropanın ən çox sərnişin daşıyan aviaşirkəti “Ryanair” uçuş və digər əməliyyatların idarə edilməsində süni intellektdən istifadə edəcək.

"Bakupost" xəbər verir ki, şirkət “Google Cloud” ilə 5 illik müqavilə imzalayıb. Razılaşmaya əsasən, “Gemini” və “Google DeepMind” modelləri uçuşların, ekipajın planlaşdırılması və təyyarələrə texniki xidmət proseslərində istifadə olunacaq.

Süni intellekt pilot və kabin heyətinin iş qrafiklərini, istirahət müddətlərini, uçuş cədvəllərini və əməliyyat dəyişikliklərini təhlil edərək ekipajın daha səmərəli planlaşdırılmasına kömək edəcək.

Şirkət həmçinin hava şəraitinin proqnozlaşdırılması, uçuşların planlaşdırılması və təyyarələrə texniki xidmət proseslərində süni intellektdən istifadə etməyi planlaşdırır.

“Ryanair” yeni texnologiyanın uçuşlarda gecikmə və digər problemlərin azalmasına kömək edəcəyini gözləyir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar