Ru
21:20 / 02 Fevral 2026

Avropa İttifaqı Azərbaycan və Türkiyəyə şərt qoydu

Avropa İttifaqı Azərbaycan və Türkiyəyə şərt qoydu
Eye

Avropa İttifaqı qaz təchizatında şəffaflığı artırmaq üçün qaydaları sərtləşdirir.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Aİ-nin yeni EU/261/2026 reqlamentinə əsasən Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarına daxil olan qazın Rusiya mənşəli olmadığını rəsmi sənədlərlə sübut etmək məcburiyyəti tətbiq olunur.

Yeni mexanizmə görə, mənşə təsdiqi qaz Aİ ərazisinə daxil olmamışdan əvvəl, sərhəd məntəqələrində aparılacaq. Xüsusilə Bolqarıstanda yerləşən Strandzha 1 kimi giriş nöqtələrində sənədlər yoxlanılacaq. Məqsəd Rusiya qazına qarşı tətbiq edilən embarqonun dolayı yollarla aşılmasının qarşısını tam almaqdır.

Aİ rəsmiləri bildirirlər ki, yeni reqlament təchizat zəncirində izlənəbilənliyi gücləndirəcək, üçüncü ölkələr üzərindən mümkün “rebrendinq” risklərini azaldacaq və enerji bazarında qaydalara əməl olunmasını təmin edəcək. Qaydaların icrası ilə nəzarət prosedurlarının daha sistemli və sərt aparılacağı vurğulanır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar