Fransa və Avropanın bir sıra ölkələrində etiraz aksiyaları keçirilib. Fransada nümayişlərə 410 min nəfərin qatıldığı açıqlanıb, həmkarlar ittifaqları isə iştirakçıların sayının 800 minə yaxın olduğunu bildirib.
“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, Fransada aksiyalar zamanı polis ilə etirazçılar arasında toqquşmalar baş verib. Ölkə üzrə 289 aksiya keçirildiyi, 1 314 nəfərin saxlanıldığı bildirilib. Hadisələr zamanı 53 hüquq-mühafizə əməkdaşı yaralanıb, 24 mağaza talan edilib.
Oxşar aksiyalar İspaniya, İtaliya, Albaniya və Belçikada da keçirilib. İspaniyanın Barselona şəhərində 128 nəfər saxlanılıb, 15 polis əməkdaşı yaralanıb.
Vüsalə Hüseynova,
BakuPost