Ru
16:59 / 06 Mart 2026

Avropa ölkəsi nüvə silahı istəyir – 36 illik qanun dəyişəcək

Avropa ölkəsi nüvə silahı istəyir – 36 illik qanun dəyişəcək
Eye

Finlandiya Müdafiə Naziri Antti Hakkanen ölkədə 1980-ci ildən bəri qüvvədə olan nüvə qadağasını yumşaldaraq, silahların idxalına icazə verilməsini planladıqlarını açıqlayıb.

Bakupost.az “YLE” xəbər agentliyi istinadən xəbər verir ki, Hakkanen bu açıqlamanı Helsinkidə keçirdiyi mətbuat konfransında verib. O, qeyd edib ki, ABŞ və İsrailin İran üzərinə endirdiyi son hücumlar dünyadakı təhlükəsizlik mühitini narahat edici bir səviyyəyə çatdırıb.

Nazir vurğulayıb ki, idxal yalnız Finlandiyanın müdafiə ehtiyacları ilə bağlı olacaq və başqa məqsədlər üçün nüvə silahlarının gətirilməsi qadağan edilməyə davam edəcək. “Finlandiyanın məqsədi nüvə silahlarını ölkədə daimi saxlamaq deyil”.

Finlandiyada mövcud olan nüvə silah qadağası 1980-ci ildən bəri qüvvədədir və Hakkanen planların həyata keçirilməsi üçün yaz aylarında parlamentdə müvafiq qanun dəyişikliklərinin nəzərdə tutulduğunu söyləyib.

Ölkədəki müxalif partiyalar isə nüvə silahlarının idxalına qarşı çıxaraq, belə bir addımın təhlükəli olduğunu bildiriblər.

Yerli media hökumətin nüvə silahları ilə bağlı planlarını parlament üzvləri ilə müzakirə etdiyini və bu çərçivədə qanunvericilik dəyişikliklərinin hazırlanacağını xəbər verib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar