Ru
17:48 / 24 Noyabr 2025

Avropa Ukraynadakı münaqişəni uzadır - Orban

Avropa Ukraynadakı münaqişəni uzadır - Orban
Eye

Avropa ölkələri Kiyevi dəstəkləmək üçün maliyyə xərclərini qarşılamaq istəmir, amma Ukraynadakı münaqişəni uzatmağa çalışırlar.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Ukrayna böhranının həlli üçün Amerika planının müzakirə olunduğu fövqəladə Aİ sammitindən sonra bildirib.

"Bu görüş indicə başa çatdı. Amerikanın təqdim etdiyi 28 bəndlik sülh planını nəzərdən keçirdik. Minlərlə sual yaranır. Bugünkü videokonfransdan sonra bir şeyi dəqiq deyə bilərəm: Avropa İttifaqı müharibəni davam etdirmək istəyir", - Orban M1 televiziya kanalı tərəfindən yayımlanan videomüraciətində bildirib.

Orban Macarıstanın Ukraynanın maliyyələşdirilməsi üçün Aİ-nin ümumi büdcədən vəsait ayırmasına, eləcə də Aİ ölkələrinə birgə kredit verilməsinə qarşı mövqeyini bir daha təkrarlayıb. O, Brüsselin təklif etdiyi planın həyata keçirilməsinin gələcək nəsil avropalıların maliyyə köləliyinə səbəb olacağına inanır.

Zaur, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar