Ru
13:30 / 27 İyul 2026

Avropada inqilabi yenilik: Bütün şəhərlər enerji sisteminə çevrilir

Avropada inqilabi yenilik: Bütün şəhərlər enerji sisteminə çevrilir
Eye

Avropa İttifaqının maliyyələşdirdiyi yeni layihə binaları, avtomobilləri, yolları və hətta istixanaları elektrik enerjisi istehsal edən sistemlərə çevirməyi hədəfləyir.

“BakuPost” xəbər verir ki, “SEAMLESS-PV” layihəsi inteqrasiya olunmuş günəş enerjisi sistemlərini kütləvi istehsala və kommersiya istifadəsinə hazırlamaq məqsədi daşıyır.

Layihə çərçivəsində binaların fasadları və şüşələri, avtomobillərin damları, magistral yolların səs maneələri, körpülər və istixanalar elektrik istehsal edən aktiv səthlərə çevriləcək.

Məlumata görə, layihədə yalnız enerji istehsalı deyil, həmçinin təhlükəsizlik, davamlılıq, memarlıq görünüşü və mövcud qanunvericiliyin tələbləri də nəzərə alınır.

Texnologiyanın etibarlılığını yoxlamaq üçün həm laboratoriya, həm də açıq hava şəraitində sınaqlar aparılır. Prototiplərin günəş şüalanması, temperatur, rütubət və digər göstəricilər üzrə performansı ənənəvi günəş panelləri ilə müqayisə edilir.

Layihənin əsas məqsədi texnologiyanı kommersiya istifadəsinə hazır vəziyyətə gətirməkdir. Gələcəkdə binaların fasadlarının, avtomobillərin, yolların və digər infrastruktur obyektlərinin öz elektrik enerjisini istehsal edən aktiv sistemlərə çevrilməsi nəzərdə tutulur.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar